Bu ərazilərdəki evlər təmir olunacaq

16:15 - 12 Avqust 2025

Bu ərazilərdəki evlər təmir olunacaq

Bakı şəhəri və Biləsuvar rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin, fərdi yaşayış evlərinin, binaların dam örtüyünün və qəsəbədaxili çınqıl yolun təmiri məqsədilə tender elan edilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin elan etdiyi tenderin ehtimal olunan dəyəri 1 milyon 416 min 746 manatdır.

    Tenderdə iştirak haqqı 600 manatdır. Təkliflərin qəbul edilmə vaxtı 9 sentyabr 2025-ci ildə başa çatacaq. Zərflər təkliflərin qəbul edilmə vaxtının bitdiyi gün açılacaq.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az