Neftimizin bu günə olan QİYMƏTİ

10:57 - 16 Avqust 2025

Neftimizin bu günə olan QİYMƏTİ

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,49 ABŞ dolları və ya 0,72% artaraq, 68,59 dollar/barel təşkil edib.


Manset.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,51 dollar və ya 0,77% bahalaşaraq 67,08 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,31 dollar və ya 0,55% azalaraq, 55,83 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,38 dollar və ya 0,56% azalaraq 67,91 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az