Maliyyə Nazirliyi banklara 200 milyon manat pul qoydu

15:05 - 05 Sentyabr 2025

Maliyyə Nazirliyi banklara 200 milyon manat pul qoydu

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 200 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından birində 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az