Bu şəhərdə 23 ev yenilənir – 1,5 milyon manatlıq layihə

16:32 - 09 Sentyabr 2025

Bu şəhərdə 23 ev yenilənir – 1,5 milyon manatlıq layihə

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilir.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bu işlərin davamı kimi Xankəndi şəhərində yerləşən 23 fərdi yaşayış evinin cari təmir işləri aparılacaq.

Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda, qurum görüləcək işlərin 1 485 244 manata başa gələcəyini proqnozlaşdırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az