Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində dəyəri 5,5 milyard ABŞ dollarından çox olan sazişlər imzalanıb.
Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, sabah da bir sıra vacib sənədlər imzalanacaq: "Həmin sənədlər investisiya layihələrini əhatə edəcək".
Nazir qeyd edib ki, bugünkü tədbir önəmlidir: "Avqustun 8-də Prezident İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı sənədin məntiqi nəticəsi kimi Cənubi Qafqazda iqtisadi fəallığın artırılması üçün imkanlar genişlənməkdədir. Forumun iştirakçıların sayına və keyfiyyətinə nəzər saldıqda Azərbaycanda biznes üçün marağın hansı səviyyədə olduğu aydın görünür. Siyasi nöqteyi-nəzərdən forum İ.Əliyevin himayəsi altında həyata keçirilir".
Xatırladaq ki, Forum işini sabah yekunlaşdıracaq.