Azərbaycanda bu şəxslərə 900 manatadək pul veriləcək

09:07 - 21 Oktyabr 2025

Azərbaycanda bu şəxslərə 900 manatadək pul veriləcək

Peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsinə başlanılır.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bununla bağlı hazırlıqlar işlərini başa çatdırıb.

Agentlik qiymətləndirilmə ilə bağlı ümumilikdə 6 müəllimlə müqavilə bağlayıb.

Müqavilələrə əsasən, peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş həmin müəllimlərə 750-900 manat məbləğində pul veriləcək.

Xatırladaq ki, TKTA ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş 36 müəllimə isə 1175-1300 manat məbləğində vəsait ödəyəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az