Azərbaycanda orta pensiya məbləği artacaq

11:25 - 05 Noyabr 2025

Azərbaycanda orta pensiya məbləği artacaq

“Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 manat olacağı proqnozlaşdırılır”.


Manset.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.

“Gələn il yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəldilməsi proqnozlaşdırılır”, - komitə sədri bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az