“Rabitəbank”da vaxtı keçmiş kreditlərdə kəskin artım - 47 mln. manatı ötüb

12:05 - 17 Dekabr 2025

“Rabitəbank”da vaxtı keçmiş kreditlərdə kəskin artım - 47 mln. manatı ötüb
2025-ci ilin III rübündə “Rabitəbank” ASC-də vaxtı keçmiş kreditlərin həcmi kəskin artıb.



Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, 2025-ci ilin III rübünün sonuna bankda bir aydan artıq vaxtı keçmiş kreditlərin həcmi 47 mln. 413 min manat təşkil edib.

Halbuki, bu göstərici 2024-cü ilin sonuna 30 mln. 821 min manat olub. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə bankın vaxtı keçmiş kreditləri 16,6 mln. manat və ya 54% artıb.

Məlumata görə, “Rabitəbank”ın vaxtı ötmüş kreditlərinin böyük hissəsi bizneslə bağlıdır. Hesabat dövründə biznes kreditləri üzrə vaxtı keçmiş borclar 40 mln. 672 min manata çatıb. Bu, ilin əvvəlinə nisbətən 14,6 mln. manat və ya 56% artım deməkdir.

İstehlak kreditləri üzrə vaxtı keçmiş borclar isə 6 mln. 299 min manat olub. 2024-cü ilin IV rübündə bu göstərici 4 mln. 626 min manat təşkil edib ki, nəticədə 1 mln. 673 min manat və ya 36% artım qeydə alınıb.

Bankın daşınmaz əmlak üzrə vaxtı keçmiş kreditləri isə ilin əvvəlindəki 153 min manatdan 442 min manata yüksəlib.

Ümumilikdə bankın kredit riski 3,8%-dən 5%-ə yüksəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az