Azərbaycanda bu şəxslərə avtomobil veriləcək

09:02 - 18 Dekabr 2025

Azərbaycanda bu şəxslərə avtomobil veriləcək
Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş daha bir qrup şəxsin avtomobil təminatı həyata keçiriləcək.



Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu istiqamətdə növbəti hazırlıqlara başlayıb.

Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak ilə əlaqədar əlil olmuş və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan daha 24 nəfərə avtomobillər veriləcək.

Agentlik bu istiqamətdə həyata keçirilən növbəti sosialyönümlü tədbirlər çərçivəsində 2025-ci il istehsallı sedan tipli ümumilikdə 24 minik avtomobili alır.

Qurum minik avtomobillərinin satın alınmasına 390 600 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az