Yeni qayda mənzillərin qiymətinə necə təsir edəcək? - VİDEO

09:23 - 20 Dekabr 2025

Yeni qayda mənzillərin qiymətinə necə təsir edəcək? - VİDEO

Çoxmərtəbəli yaşayış binaları bundan sonra yeni qaydalarla tikiləcək. Söhbət hündürlüyü 200 metrdən çox olan binalardan gedir.


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi ilə bağlı qaydaları təsdiqləyib. Bu normalar hündürlüyü 75 metrə qədər, 75 metrdən 200 metrə qədər və 200 metrdən çox olan binalar üçün nəzərdə tutulub.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, hazırda paytaxtda istifadə müddəti bitmiş 11 minə yaxın yaşayış binası və 1 500-ə qədər qəzalı bina var. 2040-cı ilə qədər köhnə binaların sökülməsi nəzərdə tutulur. Onların yerində binalar tikilərkən yeni təsdiq edilən qaydalara uyğun tikiləcək.

Bəs bu addım evlərin qiymətinə necə təsir edəcək?

Ekspert hesab edir ki, evlərin qiyməti mərtəbələrinə və görünüşünə görə dəyişə bilər. Elnur Fərzəliyev onu da əlavə edib ki, belə hündürlükdə binalar gələcəkdə az sayda tikiləcək. Nəticədə həmin binalarda mənzillərin kvadratmetri 7-10 min manat civarında dəyişə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az