Neft bahalaşdı: 117 dolları ötüb

22:58 - 30 May 2022

Neft bahalaşdı: 117 dolları ötüb

Londonun "ICE" birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 1,71 faiz artaraq bir barel üçün 117,54 dollara çatıb.

Manşet.az xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib.

Məlumata əsasən, "WTI" markalı neftin qiyməti 1,58 faiz artaraq 116,89 dollar/barelə çatıb.

Sonuncu dəfə "Brent" markalı neftin qiyməti martın 25-də bir barrel üçün 117 dollar səviyyəsində olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az