Azərbaycan bu ilin yanvar-avqust aylarında 15 milyard 53 milyon kubmetr həcmində təbii qaz ixrac edib.
Manset.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin 8 ayı ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 10 milyard 317 milyon ABŞ dolları təşkil edib.
Cari ilin yanvar-avqust ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 13,7%, dəyəri isə 4,4 dəfə artıb.
Əlavə edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 36,31% olub.