“İşğaldan azad edilən ərazilərdə biznes üçün 1 301 müraciət olunub”.
Maanset.az xəbər verir ki, bunu “Rebuild Karabakh” sərgisi çərçivəsində “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Samir Hümbətov deyib.
O bildirib ki, müraciətlərdən 550-si investisiya layihələrini, 751-i iş və xidmətləri əhatə edir.