Dizel qıtlığı yaşanır - Bahalaşma gözlənilir

20:37 - 17 Sentyabr 2023

Dizel qıtlığı yaşanır - Bahalaşma gözlənilir

Dünyada neft emalı zavodları kifayət qədər dizel istehsal edə bilmir.

 

Manset.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilir ki, dizel qiymətləri artır. Həm ABŞ-da, həm də Avropada artım müşahidə olunub.

 Nəşr yazır ki, Səudiyyə Ərəbistanı və Rusiya dizellə zəngin olan xam neftin istehsalını dayandırıb. Sentyabrın 5-də OPEC+ blokunun liderləri olan iki ölkə məhdudiyyətləri ilin sonuna qədər, adətən yanacağa tələbatın artdığı dövrə qədər uzadacaqlarını açıqlayıblar. 

 Qiymətlərin daha da bahalaşacağı istisna olunmur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az