Oktyabrın 9-da Stokholmda (İsveç) Alfred Nobelin xatirəsinə İsveç Bankı tərəfindən iqtisadiyyat üzrə mükafatın laureatı elan olunub.
Manset.az xəbər verir ki, bu il İqtisadiyyat üzrə Nobel Mükafatı amerikalı tədqiqatçı Klaudiya Qoldinə verilib.
Mükafat “əmək bazarında qadınların rolu haqqında anlayışın təkmilləşdirilməsinə” görə verilib.
Mükafat 1968-ci ildə İsveç Bankı tərəfindən 300 illik yubileyi münasibətilə təsis edilib. Dövlət Bankı pul hissəsini Nobel Fonduna köçürür. Mükafat Stokholmda yerləşən İsveç Kral Elmlər Akademiyası tərəfindən verilir. Laureat Komitə tərəfindən seçilir.