Qaxda evdən kişi meyiti tapılıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün Qax şəhər ərazisində baş verib.
Belə ki, Gürcüstan vətəndaşı 1952-ci il təvəllüdlü Celiqadze Zurabın meyiti kirayə qaldığı evdə aşkar edilib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Müayinə zamanı Z.Celiqadzenin ürək tutmasından öldüyü məlum olub.