Ələtdə kişi hündürlükdən yıxılaraq ölüb.
Manset.az Report-a istinadən xəbər verir ki, Səfərov Valid Şəmsəddin oğlu Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində elektrik dayağına elektrik naqili quraşdıran zaman 15 m hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilən V. Səfərov aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.