Suraxanıda müəllim qətlə yetirildi - Cinayət işi açıldı

10:03 - 21 Mart 2026

Suraxanıda müəllim qətlə yetirildi - Cinayət işi açıldı

Suraxanı rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.


Bu barədə Manset.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü müəllim kimi çalışan Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub:

"İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az