Gəncə şəhərində qətl hadisəsi olub.
Manset.az report-a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən marketlərin birinin qarşısında qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü A.Əliyev mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya çatıdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.