Ötən ilin avqustunda Bakıda 50 yaşlı kişinin 2 yaşlı oğlunu və özünü bıçaqlaması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manset.az publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesin yekununda təqsirləndirilən şəxs Emil M-in 15 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edilib. O, Cinayət Məcəlləsinin 29. 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.
Məhkəmə prosesində məlum olub ki, 1970-ci il təvəllüdlü Emil M. 2006-cı ildə evlənib və 3 uşaq atasıdır. Lakin o, 2015-ci ildə fəhlə kimi işlədiyi mağazada Aysel adlı xanımla tanış olub. Bundan sonra Emilin həyat yoldaşı ilə münasibətləri pozulub və o, Ayseli yaşadığı evə gətirib. 2018-ci ildə onların qeyri-rəsmi nikahından Ömər adlı övladları dünyaya gəlir. Lakin bir müddət sonra Emillə Ayselin münasibətləri pozulub və onlar ayrı yaşamağa başlayıb. Buna baxmayaraq Emil azyaşlı övladı Öməri bir neçə dəfə evə gətirərək özü ilə saxlayıb. Nəhayət ötən ilin avqustunda o, Aysellə barışmaq məqsədi ilə onu yaşadığı evə dəvət edib, həmçinin gəlib Öməri aparmasını bildirib. Lakin Aysel Emilin yanına qayıtmayacağını, həmin evə yalnız polislə birgə gələ biləcəyini deyib.
Məhkəmə materiallarından məlum olur ki, Emil M. Ayseldən qisas almaq və onu qorxutmaq məqsədi ilə 2 yaşlı övladı Ömərə xəsarətlər yetirmək fikrinə düşüb. O, bıçaqla uşağın boğazını bir neçə yerdən kəsib, həmçinin azyaşlının bədəninə müxtəlif kəsici xəsarətlər yetirib. Bundan sonra 50 yaşlı kişi qan içində olan uşağın şəklini çəkərək onu vatsap mesajlaşma proqramı vasitəsilə Ayselə göndərib.
Övladının qan içindəki şəkillərini görən qadın dərhal polisə və təcili tibbi yardıma məlumat verib. Bir neçə dəqiqə sonra polislər ünvana yaxınlaşıblar, lakin onlar Ayseli içəri buraxmayıblar. Polislərin gəldiyini görən Emil bıçaqla özünə də çoxsaylı xəsarətlər yetirib. Hadisə yerinə gələn tibbi yardım briqadaları uşağı və atasını xəstəxanaya çatdırıb. Onların ikisinin də həyatı tibbi heyət tərəfindən xilas edilib.
Bakıda DƏHŞƏT: Uşağın boğazını kəsib, şəklini anasına göndərdilər
13:34 - 05 Avqust 2021
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
15 Dekabr 2025 - 10:08
Təzyiqdən öldüyü deyilən qadın qətlə yetirilib - Gəlinlə qardaşı tutuldu
11 Dekabr 2025 - 23:46
Arayikgilə son söz verildi - Məhkəmə
09 Dekabr 2025 - 10:46
Bakıda uşaq bağçasından meyit tapıldı
09 Dekabr 2025 - 10:19
Tovuzda 3 yaşlı uşaq faciəli şəkildə öldü
08 Dekabr 2025 - 11:41
Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı - Fotolar
07 Dekabr 2025 - 19:14
Gəncədə qadın əri tərəfindən bıçaqlandı
05 Dekabr 2025 - 13:45
Bakıda iş yoldaşını stəkanla vurub öldürdü - Həbs edildi
01 Dekabr 2025 - 19:04
Mayor Şahin Quliyevə hökm oxundu
29 Noyabr 2025 - 12:12
Bakıda mənzildə meyit tapıldı
25 Noyabr 2025 - 17:21
Bakıda şadlıq evində kişi oynadığı yerdə öldü
25 Noyabr 2025 - 11:20
Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürdü
24 Noyabr 2025 - 20:16
Vardanyanın məhkəməsində ifadələr dinlənildi
Xəbər xətti
- 15 Dekabr 2025
- 12:55 Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisi seçildi
- 12:50 İlham Əliyevdən mühüm FƏRMAN
- 12:31 Leysan olacaq, qar yağacaq - Sabahın havası
- 12:16 23 ildi müavin işləyirdi - Vəzifədən azad edildi
- 11:51 Bakıda toy karvanında 6 maşın toqquşdu - ANBAAN GÖRÜNTÜLƏR
- 11:42 DTX rüşvət alan icra başçısını belə saxlayıb - VİDEO/FOTO
- 11:38 Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
- 11:22 Kimlərə 2 dəfə çox maaş ödəniləcək?
- 11:00 Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundular - VİDEO
- 10:46 Bir qadın Diryan kəndinin taleyini dəyişdi - VİDEO
- 10:36 Bakıda bu ərazilərdə yeni parklar salınacaq
- 10:19 Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak etdi
- 10:08 Təzyiqdən öldüyü deyilən qadın qətlə yetirilib - Gəlinlə qardaşı tutuldu
- 09:51 Nazirlikdən əhaliyə ÇAĞIRIŞ - “Təşvişə düşməyin”
- 09:37 Bakının bu ərazilərində qaz kəsiləcək
- 09:25 İngiltərə klubunda yeni antirekord
- 09:18 Bu şəkil İranı qarışdırdı - FOTO
- 09:12 Magistral yolda zəncirvari qəza - Yaralananlar var
- 09:05 21 ailə Cəbrayıla qayıdır
- 08:58 Paytaxtın bəzi küçələrində sıxlıq var
- 08:30 Holand Ronaldunu geridə qoydu
- 08:00 Məşhur sənətçi 18 kilo arıqladı - FOTO
- 01:00 Mirzoyan Brüsselə gedir
- 00:44 Ramaldanovların ailəsində FACİƏ
- 00:30 Sidneydəki terrorda ölənlərin sayı 15-ə çatdı
- 00:01 Kolumbiyada məktəb avtobusu dərəyə aşdı - Ölən və yaralananlar var
- 14 Dekabr 2025
- 23:38 Azərbaycanda yumurta bahalaşdı - YENİ QİYMƏT
- 23:14 Ukraynada azərbaycanlı hərbçi həlak oldu
- 22:57 Azərbaycanda ağır qəza: Yaralılar var - FOTO
- 22:36 Merts Zelenski ilə keçirilən görüşü tərk etdi
- 22:16 Tahir Gözəl Əkbərlə görüşdü
- 21:57 Türkiyədə bələdiyyə sədri vəfat etdi
- 21:25 Binə TM-də transformator partladı - İşıqlar kəsildi
- 21:13 Britaniya elçisi Naxçıvana gəldi
- 20:36 Züleyxa Şabanova Dohada zirvəyə yüksəldi – Erməni rəqibini geridə qoydu
- 20:21 Goranboyda zəncirvari qəza baş verdi
- 19:56 “Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi
- 19:33 Soyuq və şaxtalı hava ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ
- 19:12 Məşhur güləşçi karyerasını başa vurdu
- 18:50 Nəriman qol vurdu - Video
- 18:30 Azərbaycanda keçmiş nazir infarktdan vəfat etdi - FOTO
- 18:16 Goranboyda 14 yaşlı qızı maşın vurdu
- 18:00 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
- 17:42 Pənah Hüseyn partiya sədrliyindən istefa verdi
- 17:27 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
- 17:14 Xəyanət ifşa olunanda -Xarici mərkəzlər, daxili şəbəkələr
- 16:59 Qusarda ağır qəza - Ölən və yaralananlar var
- 16:42 Karateçilərimiz dünya çempionatında 5 medal qazandılar
- 16:20 “Bir şərtlə NATO-dan imtina edərik” - Zelenski
- 15:58 Levon Ter-Petrosyan Ermənistan Milli Konqresinin sədri seçildi
- 15:44 Beynəlxalq axtarışda olan 24 nəfər Türkiyəyə ekstradisiya edildi