Qubada 19 yaşlı tələbə bıçaqlanıb.
Manset.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təhsil alan Ağdam rayon sakini 2004-cü il təvəllüdlü Nəsirov Rəvan Xaliq oğluna rayonun "28 may" parkında bıçaq xəsarətləri yetirilib.
Yaralı xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdirma aparılır.