Daşkəsəndə dava olub: Xəsarət alan var

23:52 - 15 İyun 2023

Daşkəsəndə dava olub: Xəsarət alan var

Daşkəsən şəhərində yerləşən restoranların birində keçirilən məclisdə qonaqlar arasında yaşanan mübahisə davaya çevrilib, xəsarət alan var.

 

Manset.az Report-a istinadən xəbər verir ki, rayon sakinlərindən biri tərəfdən övladının məktəbi bitirməsi münasibəti ilə təşkil edilən məclisdə qonaqlar arasında dava düşüb.

Mübahisə zəminində Daşkəsən rayon sakini, 1997-ci il təvəllüdlü İ.Cəfərov baş və üz nahiyəsindən xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az