Bakıda intihar baş verib.
Manset.az lent.az-a istinadən bildirir ki, hadisə Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 50 yaşlı Valeh Ədalət oğlu İbrahimov yaşadığı evdə çoxlu sayda dərman içib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.