Naxçıvanda 41 yaşlı kişi intihar edib.
Manset.az xəbər verir ki, APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayonu Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Abdullayev Anar Eldar oğlu özünü asıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Qeyd edək ki, A.Abdullayev Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Rəfail Abdullayevin qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.