Məşhur aktyor, "Bozbash Pictures" layihəsində canlandırdığı "Şirin" obrazı ilə tanınan Nicat Rəhimov qız atası olub.
Manset.az-ın əldə etdiyi məlumata görə, cütlüyün övladı bu gün dünyaya gəlib.
Qeyd edək ki, Nicat Rəhimov Ülviyyə adlı xanımla 2017-ci ildə ailə həyatı qurub. Aktyorun bu yaxınlarda atalıqla bağlı fikirləri sosial şəbəkələrdə izləyicilər tərəfindən böyük marağa səbəb olmuşdu.