Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. 10-cu yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.
Manset.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, millət vəkilləri, tanınmış mədəniyyət, elm, ədəbiyyat xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə bədii hissə təqdim edilib. Muğam üstündə Məhəmməd Füzulinin qəzəli səsləndirilib. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri ifa olunub.
Açılış nitqi ilə çıxış edən Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayıb, bu ənənəvi layihənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib. Kitab mədəniyyətinin hər bir ölkə və xalq üçün zəruriliyini qeyd edən yazıçı hər kəsi sərgidən faydalanmağa səsləyib. Xalq yazıçısı nitqini “Kitab həmişə yaşasın və bizi yaşatsın!” fikri ilə bitirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 qurum, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.
Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfi sərginin “fəxri qonaq”larıdır. Ölkəmizdən isə sərginin “fəxri yazar”ları şair Salam Sarvan və nasir Rövşən Abdullaoğludur.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.
Sərgi tarixində ilk dəfə yeddi gün sürəcək kitab bayramında uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək.
Oktyabrın 8-dək davam edəcək sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTOLAR
17:58 - 02 Oktyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
15 İyul 2026 - 10:51
Türk dünyasının fəxri ziyalısı
15 İyul 2026 - 10:41
İlham Əliyev Ərdoğana başsağlığı verdi
15 İyul 2026 - 12:10
İspaniya dünya futbol tarixinə düşdü
15 İyul 2026 - 01:30
Çay əvəzinə su için
15 İyul 2026 - 00:30
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
15 İyul 2026 - 19:59
Samuxda halvadan zəhərlənənlərin SON DURUMU - YENİLƏNİB
15 İyul 2026 - 11:40
"İran danışıqlara gəlməsə, enerji obyektləri və körpülər vurulacaq"
15 İyul 2026 - 10:07
Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkdi
15 İyul 2026 - 12:30
Yeni 100 manatlıqlar tədavüldə - FOTO
15 İyul 2026 - 16:19
Prezident qanunda dəyişikliyi TƏSDİQLƏDİ
15 İyul 2026 - 10:55
Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı
15 İyul 2026 - 17:21
Keçmiş nazir müavininə yeni vəzifə verildi
Xəbər xətti
- 16 İyul 2026
- 00:14 Vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- 15 İyul 2026
- 23:58 İranın 3 şəhərində partlayışlar baş verdi
- 23:51 Bu ərazilərdə yeni “ASAN xidmət” mərkəzləri yaradılacaq - VİDEO
- 23:43 Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
- 23:34 ABŞ İrana qarşı ikinci zərbə dalğasına başladı
- 23:16 5 küçədə təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
- 22:51 Hikmət Hacıyevdən IV Şuşa Qlobal Media Forumu ilə bağlı PAYLAŞIM
- 22:32 Şəmkirdə avtomobillər toqquşdu: Yaralılar var - FOTO
- 22:11 "Vestri"ni artıq daha yaxından tanıyırıq" - Qurban Qurbanov
- 21:42 “Mitsubishi” yanacaqdoldurma məntəqəsinə çırpıldı - Yaralılar var
- 21:22 “Hamımız “Qarabağ”ın və “Sabah”ın hansı səviyyədə olduğunu bilirik”
- 21:06 ABŞ Henqam adasına zərbələr endirdi
- 20:49 Azərbaycanda müəllim vəfat etdi - FOTO
- 20:31 22 yaşlı gənc dənizdə batdı - Axtarılır
- 20:16 Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edildi
- 19:59 Samuxda halvadan zəhərlənənlərin SON DURUMU - YENİLƏNİB
- 19:44 Adil Kərimli aparılan arxeoloji tədqiqat işləri ilə tanış oldu - FOTO
- 19:29 Şəkidə ev yanıb kül oldu - FOTO
- 19:14 Taleh Qaraşov özünə yeni qadın müavin təyin etdi - FOTO
- 18:53 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO
- 18:42 Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO
- 18:28 "Azərbaycan ilə Slovakiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
- 18:16 Slovakiya prezidenti "Sea Breeze"də - FOTOLAR
- 17:39 Ceyhun Bayramov Moskvaya gedəcək
- 17:21 Keçmiş nazir müavininə yeni vəzifə verildi
- 17:06 Bakıda külək güclənəcək
- 16:50 "Burada olmaq həmişə şərəfdir" - Hikmət Hacıyev
- 16:19 Prezident qanunda dəyişikliyi TƏSDİQLƏDİ
- 16:14 Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu
- 16:05 Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
- 16:02 Prezidentdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə bağlı FƏRMAN
- 15:57 İlham Əliyev SƏRƏNCAM imzaladı
- 15:45 Bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15:25 XİN Azərbaycan vətəndaşlarına çağırış etdi
- 15:14 “Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir”
- 15:09 Beynəlxalq Parlament diplomatiyasının Cənubi Qafqaza dəyişən yanaşması
- 14:55 1 vəkil kollegiyadan xaric olundu - 4-ü cərimələndi
- 14:35 Xocalıda ayı həyətə girib, yeyib-içdi - VİDEO
- 14:22 ABŞ-də dinozavr skeleti şok qiymətə satıldı
- 14:05 “Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”
- 13:50 Zinəddin Zidan Fransa millisində
- 13:27 Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir
- 12:58 Azərbaycan WUF13-ün nəticələrini BMT-nin yüksəksəviyyəli platformasında təqdim edir
- 12:41 Azərbaycanda temperatur 38 dərəcəyə qalxacaq
- 12:30 Yeni 100 manatlıqlar tədavüldə - FOTO
- 12:10 İspaniya dünya futbol tarixinə düşdü
- 12:00 Slovakiya Prezidenti Şəhidlər xiyabanında - FOTOLAR
- 11:40 "İran danışıqlara gəlməsə, enerji obyektləri və körpülər vurulacaq"
- 11:20 Peter Pelleqrini Heydər Əliyevin məzarını ziyarət etdi
- 11:01 Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan etdi
- 10:55 Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı