Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan “Qayıdış” adlı gecə keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsert proqramını dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Polad Bülbüloğlu musiqisinin pərəstişkarları izləyiblər.
Əvvəlcə gecənin aparıcısı Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldüyünü bildirib, sərəncamın mətnini oxuyub.
Sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qonşu ölkənin dövlət başçısının, Baş nazir və bir sıra hökumət üzvlərinin qocaman sənətkara yubiley təbriklərini çatdırıb.
Daha sonra konsert proqramı təqdim olunub. Xalq artisti Polad Bülbüloğlu onilliklərdir musiqisevərlərin könlünü oxşayan əsərlərini, xalq mahnımızı ifa edib.
Gecədə həmçinin Azərbaycanın Xalq artistləri – Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov, Moskva Böyük Teatrının solistləri Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva, Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov, Əməkdar artist Nərgiz Kərimova öz ifaları ilə gecəyə rəng qatıblar.
Tanınmış pianoçular, Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adigözəlzadənin müşayiətində müğənninin ifa etdiyi “Ave Mariya” (Dinara Əliyeva ilə duet) və “Sevgili canan” romansı xüsusi alqış doğurub.
Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) ifasında təqdim olunan “Uzundərə”, “Sarı gəlin” və başqa rəqslər maraqla qarşılanıb.
Konsertdə ifaçıları Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Konsert proqramının baş baletmeysteri Əməkdar artist Eteri Cəfərova, rejissoru Cavid İmamverdiyevdir.
Yubilyar sənətkarın ifasında “Şən Azərbaycan” mahnısı ilə başlayan gecə bəstəkarın “Odlar yurdum mənim” nəğməsi ilə başa çatıb.
Tamaşaçılar Azərbaycan musiqi mədəniyyətini əbədiyaşar əsərlərlə zənginləşdirən bəstəkarın 80 illik ömür və yaradıcılıq hesabatının təqdim olunduğu gecədən unudulmaz təəssüratla ayrılıblar.
Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecədən FOTOLAR
12:50 - 05 Fevral 2025


















Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Məşhur cütlük yenidən bir arada - VİDEO

“Eurovision-2026” bu şəhərdə keçiriləcək

“Anam onkoloji xəstəlikdən əziyyət çəkir” - VİDEO

Emin Əfəndi Rusiyaya buraxılmadı

TÜRKSOY Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı keçirilir

Müəllimlərin təlimlərinin ikinci mərhələsinə start verildi - FOTOLAR

Bakı dünya kino mütəxəssislərini bir araya gətirəcək

Rəqsanəni hansı cəza gözləyir?

Niyazinin doğum günü qeyd olunacaq

"Haqqın varmı buna?" - Abbasdan Kərimə CAVAB

Elza Rozaya uduzdu - Bu sözlər təhqir deyilmiş...

İncəsənət məktəblərinə ixtisas seçimi başlanır
Xəbər xətti
- 21 Avqust 2025
- 08:00 Tənha qalmağın dəhşətli nəticələri varmış - Araşdırma
- 01:30 Ən güclü intuisiyaya malik insanlar bu aylarda doğulurlar
- 00:30 "Qalatasaray" "Mançester Siti" ilə anlaşdı
- 20 Avqust 2025
- 23:58 20 nəfər xəstəxanaya yerləşdirildi - Daha bir zəhərlənmə
- 23:53 Rusiyada azərbaycanlı bloqerin şirkəti bağlandı
- 23:46 Bir ailənin 5 üzvü zəhərləndi
- 23:32 Sabah bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 22:49 Gürcüstanda yarım saatda 2 zəlzələ
- 21:53 İsrail Qəzzada yeni əməliyyata başladı
- 21:17 Azərbaycanda yaşayış evləri bahalaşıb - RƏSMİ
- 20:57 “Fənərbaxça” - “Benfika” matçı bu kanalda yayımlanmayacaq
- 20:23 Rusiyada partlayış - Çoxsaylı ölən var
- 19:46 Bu ərazilərdə su olmayacaq - Sakinlərin nəzərinə
- 19:17 Bakıda kişi qətlə yetirildi - Saxlanılan var
- 18:54 Peşə məktəblərinə vakansiya seçimi başladı
- 18:39 Şavkat Mirziyoyev İlham Əliyevə məktub ünvanladı
- 18:26 Hazırda 15 yolda tıxac var - SİYAHI
- 18:12 “Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi dəyişdi - FOTO
- 17:59 Overçuk Paşinyanla görüşdü
- 17:46 Bu yerlərdə də maşından rahat düşüb-minəcəksiniz - Fotolar
- 17:28 "Pulu Rəqsanəyə və həyat yoldaşına şəxsən özüm vermişəm" - VİDEO
- 17:20 Gәncә Memorial Kompleksində görülən işlərlə tanışlıq - FOTOLAR
- 17:17 Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ
- 17:13 Prezident və birinci xanım Gəncə stadionunda - FOTOLAR
- 16:52 Adəm Məmmədovun vəkilliyinə xitam verildi
- 16:29 Bakıda evdən meyit tapıldı
- 16:05 "Allah nə vaxt istəsə, onda səni mükafatlandırır" - Musa Qurbanlı
- 15:57 "Rusiyanın dövlətimizə qarşı belə münasibəti qəbuledilməzdir" - Deputat
- 15:39 Pensiyalar bu tarixdə ödəniləcək
- 15:24 Prezident “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olub
- 15:17 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
- 15:13 Şəkiyə yeni prokuror təyin edildi
- 15:10 “Respublika” qəzeti bağlandı - Baş redaktora yeni vəzifə verildi
- 15:02 Kamran Əliyev ona yeni vəzifə verdi
- 14:48 20-ci Qızıl Uğur mükafatları təqdim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
- 14:26 6 vəkilə xəbərdarlıq edildi - 1 vəkilə töhmət verildi
- 14:15 İlham Əliyev xanımı ilə Gəncədə - FOTOLAR
- 13:59 Azərbaycanlı şair 86 yaşında vəfat etdi - FOTO
- 13:51 Kobud qayda pozan sürücü ağır qəzaya düşdü - VİDEO
- 13:34 Rövşən Nəcəfdən "Qarabağ"a TƏBRİK
- 13:28 Məşhur cütlük yenidən bir arada - VİDEO
- 13:03 Birbank Biznes-də dostluq qazandırır
- 12:50 “Kontakt”dan yeni dərs dilinə özəl “Dahiyanə fikir” - 50%-dək endirim, 24 ayadək ödəmə
- 12:40 Sabah hava necə olacaq? - PROQNOZ
- 12:35 “Qarabağ” Bakıya qələbə ilə qayıtdı - VİDEO
- 12:23 Kişi öz dayısını öldürdü - Bakıda DƏHŞƏT
- 12:15 Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
- 11:50 NASA Uranın ətrafında yeni peyk tapdı
- 11:27 “Eurovision-2026” bu şəhərdə keçiriləcək
- 11:05 Bakıda 26 milyonluq yeni tibb müəssisəsi tikilir
- 10:46 "Qarabağ" üç göstəricidə liderdir - Çempionlar Liqası

