Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Respublikasının mədəni mülkiyyətinin qanunsuz dövriyyəsi” mövzusunda aidiyyəti dövlət qurumları, hüquq mühafizə orqanları, ali təhsil müəssisələri, akademik dairələr və mütəxəssislərin iştirakı ilə dəyirmi masa keçirilib.
Manset.az xəbər verir ki, iştirakçıları salamlayan mədəniyyət naziri Adil Kərimli açılış nitqində bildirib ki, dəyirmi masanın əsas məqsədi mədəni mülkiyyətin qorunmasına cavabdeh qurumlar arasında koordinasiya üçün formatın müəyyən edilməsidir.
Qeyd olunub ki, Azərbaycanın mədəni mülkiyyətinin qorunmasının təməli Ulu öndər Heydər Əliyevin vaxtında qoyulub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahədə dövlət nəzarəti və tənzimləməsini təmin etmək məqsədilə mühüm addımlar atılıb: mədəni irsin əhatə dairəsi, onun mühafizə mexanizmi və inkişafı ilə bağlı institusional baza yaradılıb, dövlətimiz mədəni irsin və mədəni mülkiyyətin qorunması ilə bağlı bütün vacib beynəlxalq konvensiyalara qoşulub, konvensiyaların müddəalarının daxili qanunvericilikdə düzgün əks etdirilməsi məqsədilə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Vurğulanıb ki, ölkəmizdə mədəni irsin qorunması işinin təkmilləşdirilməsi istiqamətində, o cümlədən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması, bərpa və konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması və digər məsələlərlə bağlı davamlı iş aparılır.
Nazir çıxışında Birinci Qarabağ müharibəsi vaxtı və işğal illərində mənfur ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda daşınar və daşınmaz mədəni irsimizin məhv edilməsi və qanunsuz çıxarılmasını xüsusi vurğulayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışdan sonra mədəniyyətimizin dirçəlməsi və qorunması prioritet istiqamətlərdən olub. İşğal dövründə ermənilər tərəfindən Qarabağdan qanunsuz olaraq çıxarılmış mədəni sərvətlərin bir qismi Ümummilli liderin iradəsi ilə geri qaytarılıb: “Buna bariz nümunə olaraq Şuşada Azərbaycanın üç dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın ermənilər tərəfindən güllələnmiş və sonradan əridilmə məqsədilə qanunsuz olaraq ölkədən çıxarılmış bürünc heykəllərinin üçüncü dövlətin ərazisində müəyyən edilərək Azərbaycana qaytarılmasını göstərə bilərik”.
Adil Kərimli mədəni irs də daxil olmaqla mədəni mülkiyyətin qorunması və qanunsuz dövriyyəsi ilə mübarizədə, habelə mədəni irsin bərpası və digər fəaliyyətin bütün mərhələlərində sahələrarası əməkdaşlığın, qurumlararası əlaqələndirilmiş fəaliyyətin və mədəni irsin qorunmasına vahid yanaşmanın zəruriliyini xüsusilə vurğulayıb. Bildirilib ki, müvafiq məlumat bazalarının, o cümlədən mədəni mülkiyyətin vahid reyestri, müxtəlif siyahılar, instutisional təcrübə və yaddaşın bütün əlaqədar qurumlar üçün əlçatanlığı, sahə üzrə davamlı informasiya mübadiləsi vacib əhəmiyyət kəsb edir.
Nazir çıxışının sonunda dəyirmi masanın işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədovanın Azərbaycan Respublikasının bu sahədə qoşulduğu universal konvensiyaların məzmunu və tətbiqinə həsr olunmuş “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi: beynəlxalq hüquqi çərçivə” mövzusunda təqdimatı dinlənilib.
Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi ilə mübarizədə gömrük orqanlarının rolu”, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev “Mədəni irsimizin qorunması: 1954 və 1970-ci il konvensiyaları üzrə fəaliyyət”, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsinin müdir müavini Bülent Gönültaş “Türkiyənin mədəni mirasının qorunmasına və mədəni irs qaçaqmalçılığı ilə mübarizəyə dair siyasəti” mövzularında təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov təmsil etdiyi qurum tərəfindən mədəni mülkiyyətin qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb.
Daha sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə davam edən dəyirmi masada mövzu üzrə müzakirələr aparılıb.
Müzakirələrdə Nazirlər Kabineti, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Vəkillər Kollegiyası və digər aidiyyəti qurumların nümayəndələri, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyindəki bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda mədəni mülkiyyətin qorunmasında müasir yanaşmalar və çağırışlar, mədəni irsin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, o cümlədən geniş maarifləndirmə işi və s. məsələlər üzrə fəaliyyətin davam etdirilməsinin zəruriliyi vurğulanıb, səmərəli fikir mübadiləsi aparılıb.
İncəsənət Muzeyində dəyirmi masa keçirildi - FOTOLAR
10:19 - 28 Fevral 2025







Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Günay Əfəndiyeva "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif edildi

Əməkdar artist medalla təltif edildi - FOTOLAR

Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri görüşdü - FOTOLAR

Müalicəsi üçün maşınını satan Xalq artisti - "Hər şeyimi itirdim, məndən nə istəyirsiniz?"

İncəsənət müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşdı

Rus Mədəniyyət Mərkəzi qanuna əməl etmir? - VİDEO

Azərbaycanın Əməkdar artistindən PİS XƏBƏR

Alim Qasımovun tənqidlərə cavabı - VİDEO

Avstriyada yaşayan tələbələrlə görüşdən FOTOLAR

Beyninə qan sızan aktyordan AÇIQLAMA

Talıb Taledən yoldaşına qadağa

Zaqrebdə Azərbaycan cazının təntənəsi - FOTOLAR
Xəbər xətti
- 04 İyul 2025
- 01:30 “Hollivud”un məşhur aktyoru vəfat etdi
- 00:30 Qadın güləşçimiz qızıl medal qazandı
- 03 İyul 2025
- 23:39 “Qızımın anası uşağını görmək istəmir”- VİDEO
- 23:28 Rusiya Əfqanıstanı tanıdı
- 22:37 3 ölkə başçısı Şahbulaq qalasında - FOTOLAR
- 21:48 Yeniyetmə su anbarında boğuldu - Astarada FACİƏ
- 21:32 Əsirlərə işgəncə verən ermənilər ifadə verdilər
- 21:11 Ersin Tatar İlham Əliyevə təşəkkür etdi - VİDEO
- 20:47 Prezidentlər Xıdırlıda məktəbin açılışında - FOTOLAR
- 20:36 "Sputnik-Azərbaycan"ın 5 əməkdaşı polis nəzarətinə verildi
- 20:11 Dövlət başçıları Ağdamın Xıdırlı kəndində - YENİLƏNİB
- 19:40 Trampla Putin telefon danışığına başladı
- 19:33 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
- 19:21 Ölkə liderləri Qarabağ atlarını izlədilər - FOTO/VİDEO
- 18:58 ABŞ İrana yeni sanksiyalar tətbiq etdi
- 18:46 O, yeni müvəqqəti işlər vəkili təyin olundu
- 18:23 MİQ imtahanının ilk günü - 81% davamiyyət
- 18:16 Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
- 17:56 DYP-dən sürücülərə MÜRACİƏT
- 17:52 “Araz-Naxçıvan”ın ÇL-dəki rəqibləri bilindi
- 17:49 Azər Məmmədov vətəndaşlarla görüşdü - FOTO
- 17:37 Paytaxtda avtomobillə motosiklet toqquşdu - ANBAAN VİDEO
- 17:29 Bakıda bu tanınmış, yüksək vəzifəli şəxs vəfat etdi - FOTO
- 17:25 " Avropa ilə danışıqlar mənasızdır" - Əraqçi
- 17:18 Bakıda bu yollar bağlandı - Sürücülərin nəzərinə
- 16:59 Trampdan Zelenskiyə pis xəbər
- 16:52 İmtahan nəticələri AÇIQLANDI
- 16:40 Qəzzada ölənlərin sayı bu qədər oldu
- 16:26 Günəş sistemində sirli obyekt aşkar edildi
- 16:17 Emin Ağalarovdan Leyla Əliyevaya TƏBRİK - VİDEO
- 16:00 Şahbaz Şərifin Azərbaycana səfəri başladı
- 15:45 Hava ilə bağlı XƏBƏRDARLIQ
- 15:39 Xankəndi Konqres Mərkəzinin açılışından FOTOLAR
- 15:33 Nazirlikdən əhaliyə MÜRACİƏT
- 15:08 İlham Əliyev “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
- 14:57 Bakı Metropolitenində problemlər niyə bitmir? - Sorğular cavablandırılmır
- 14:28 Şavkat Mirziyoyev Füzulidədir - FOTO
- 14:19 İstanbulda meşəlik ərazi yanır
- 14:14 Kirayə haqqı ödəmə - Öz mənzilinə sahib ol
- 13:59 İlham Əliyev Xankəndidə Zəfər parkında - FOTOLAR
- 13:54 Rusiyada Azərbaycan saytlarına giriş məhdudlaşdırıldı
- 13:48 Avropada isti hava - Ölənlərin sayı 8-ə çatdı
- 13:18 Telefona görə qətl – Valideynlərə XƏBƏRDARLIQ
- 13:02 Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - FOTOLAR
- 12:51 Ərdoğan Xankəndiyə gəlir
- 12:44 Sabahın hava PROQNOZU
- 12:32 Prezident Lukaşenkonu təbrik etdi
- 12:29 Mirziyoyev Fəxri xiyabanı ziyarət etdi
- 12:25 ABŞ vətəndaşlarına çağırış etdi - "İrana getməyin"
- 12:20 "Liverpul"un futbolçusu Jota vəfat etdi
- 12:15 Qəzada ölən pilotun son sözləri - FOTO

