"Yalı Çapkını" serialı ilə böyük şöhrət qazanan məşhur aktrisa Afra Saraçoğlu yeni layihəsi ilə yenidən gündəmdədir.
Manset.az-ın məlumatına görə, sözügedən serialın başa çatmasının ardından imicini dəyişən A.Saraçoğlu yeni layihə üçün OGM Pictures ilə razılaşıb.
Prodüseri bildirib ki, aktrisaya "Pera" adlı rəqəmsal serialda baş rol təklif olunub.
Türkiyə mətbuatda yer alan iddialara görə, adıçəkilən aktrisa bu layihədən bölüm başına 2,5 milyon lirə qonorar alacaq.