Xalq artisti Gülyaz Məmmədova ad gününü "Zaurla Günaydın" verilişində keçirdib.
Manset.az xəbər verir ki, müğənniyə sürpriz edilərək anası Şəhribaz xanımı studiyaya gətiriblər.
Xalq artisti gülyanaq Məmmədova anasını görüb kövrəlib. O bildirib ki, anasının səhhətində problem var və heç yerə gedə bilmir:
"İnsanın öz yurdu qədər doğma yer yoxdur. Anam heç yerə, hətta kəndə gedə bilmir. Maşına minə bilmir. Anam hətta bu yaxınlarda qardaşı, bacısı dünyasını dəyişdi və gedə bilmədi. İndi balasına görə verilişə gəlib".