Müğənni Akif İslamzadə oğlu Ayxana toy edib.
Manset.az xəbər verir ki, məclis Bakıdakı restoranların birində baş tutub.
Məclisdə bir sıra Xalq və Əməkdar artistlər iştirak ediblər. Onlar arasında Xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Aygün Səmədzadə, Baba Vəziroğlu, Əməkdar artistlər Sevda Ələkbərzadə, Bəhram Bağırzadə, Abbas Bağırov, Ədalət Şükürov, o cümlədən tanınmış aparıcılar Emin Musəvi, Ceyhun Əli, Orxan Fikrətoğlu və başqaları olublar.
Toydan görüntüləri təqdim edirik: