"Bu hərəkət mədəniyyətimizə qara ləkədir" - Xalq artisti

22:42 - 05 May 2025

\"Bu hərəkət mədəniyyətimizə qara ləkədir\" - Xalq artisti

Xalq artisti Nazpəri Dostəliyeva sərt açıqlaması ilə diqqət çəkib.


Manset.az xəbər verir ki, sənətçi aparıcıların proqramlarda sənətkarlarla bağlı yeni ifaçılara verdiyi suallara əsəbiləşib.

"Bu hərəkəti Azərbaycan mədəniyyətinə qara ləkədir. Durub demək ki, bu kimdir, kimin mahnısıdr? Aparıcılar, xahiş edirəm, bunu etməyin. Bu, sizdən asılıdır. Aparıcının zövqü, musiqi duyumu, dəvət etdiyi qonaq yaxşı olmalıdır. Hər verilişə getmirəm. Sərt danışmaq istəmirəm. Tamaşaçı,15 il incəsənət universitetində baş müəllim olaraq bunları qəbul edə bilmirəm. Zəng edib deyə bilmirəm ki, etməyin. Öz musiqisindən xəbəri olmayana Canahgir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyevdən sual verməyin. Onlar da bilməyəndə bu, Azərbaycan mədəniyyətinə qara ləkədir. Oxuya bilməyən müğənniləri çıxartmaq bir qüsur. Bəstəkarları tanımamaqları isə ləkədir. Dünən çıxan gənclərin qarşısına qoyurlar ki, bu kimin səsidir, bu kimdir? Bağda oturanda radioda bayram konserti gedirdi. Mənim nəvələrim səs eşidən kimi, dedi nənənin səsidir. Hər kəsin səsi insanların qulağındadır. Bu yaxında bir yerdə mənim səsimi qoydular, ordakılar tapmadı. Bircə, Xatun dedi ki, Nazpərinin səsidir. Bu, hərəkətlər xoşuma gəlmir. Ora qoyurlar, Şövkət Ələkbərova, Nazpəri... Lap sənətkarların, bəstəkarların adını elə adamdan soruşursunuz ki... O, oxuduğu mahnıdan xəbərsizdir, dahiləri necə tanıyacaq? Heç bilmir hansı mahnını oxumaq olar və ya yox".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv