Bloger cütlük Fərid və Nagehan Abdullayevalar ayrılıb.
Manset.az xəbər verir ki, Nagehan bildirib ki, 9 illik evlilikləri bitib.
"Dost kimi yollarımızı ayırdıq. Həyatımdakı dostumdur. Uşaqlarımın atasıdır. Rəsmən ayrılmışıq. 6 aydır birlikdə yaşamırıq" deyə, Nagehan deyib.
Qeyd edək ki, cütlük dəfələrlə ayrılıb və barışıb. Nagehan bir müddət əvvəl övladları ilə İstanbula köçüb. Fərid də onunla birlikdə İstanbula getmişdi. Cütlüyün 2 övladı var. (Axşam.az)