İstanbulda “Azərbaycan kinosu günləri” keçirildi - FOTOLAR  

19:59 - 14 May 2025

İstanbulda “Azərbaycan kinosu günləri” keçirildi - FOTOLAR  

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə İstanbulda “Azərbaycan kinosu günləri” keçirilib.


Manset.az xəbər verir ki, 12-14 may tarixlərini əhatə edən layihə çərçivəsində Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə son illərdə istehsal olunan filmlər nümayiş etdirilib.

Kino günlərinin açılış mərasimində çıxış edən AMM-in direktoru Samir Abbasov deyib ki, layihə üzrə Bahçeşehir Universiteti, İstanbul Universiteti və "Atlas" kinoteatrında müvafiq olaraq Elxan Cəfərovun “Cənnət yuxusu”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləri türkiyəli kinosevərlərə təqdim olunub. 

Qardaş ölkənin tanınmış kino xadimlərinin də izlədiyi hər üç film maraqla qarşılanıb. Səfər çərçivəsində  Azərbaycan nümayəndə heyətinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsinin rəsmiləri ilə görüşü olub, əməkdaşlıq barədə müzakirələr aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv