Günay Əfəndiyeva "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif edildi

22:15 - 02 İyul 2025

Günay Əfəndiyeva \"Özbəkistanın mədəniyyət elçisi\" medalı ilə təltif edildi

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif olunub. Bu yüksək mükafat ona Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə təqdim edilib.

Manset.az xəbər verir ki, iyulun 2-də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov medal və ona aid sertifikatı Günay Əfəndiyevaya təqdim edib. Nazir millət vəkilini təltif münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Günay Əfəndiyeva göstərilən yüksək diqqət və etimada görə Özbəkistanın mədəniyyət nazirinə minnətdarlığını bildirib və bu mükafatı iki qardaş ölkə arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi yolunda bir təşviq kimi qiymətləndirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az