Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqisevərləri  bir araya gətirir

17:02 - 11 İyul 2025

Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqisevərləri  bir araya gətirir

24-29 iyul 2025-ci il tarixlərində keçiriləcək XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqi həvəskarlarına unudulmaz anlar yaşadacaq. Festival Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan” şirkətinin dəstəyi ilə baş tutacaq.



Manset.az xəbər verir ki, 2009-cu ildən etibarən keçirilən bu möhtəşəm musiqi bayramı təkcə klassik musiqi ənənələrini yaşatmır, eyni zamanda dünyanın müxtəlif ölkələrindən sənətkarları və gənc istedadları bir səhnədə bir araya gətirən beynəlxalq mədəniyyət platformasına çevrilib.

Bu il festivalda Azərbaycan, Latın Amerikası, Litva və Gürcüstandan tanınmış ifaçılar çıxış edəcəklər. Onların təqdim edəcəyi proqram həm Azərbaycanın milli musiqi irsini, həm də dünya musiqi mədəniyyətini əks etdirəcək.

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması, eyni zamanda Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyi builki festivalın mənəvi və tarixi əhəmiyyətini daha da artırır. Festival çərçivəsində Xalq Artisti Rauf Atakişiyevin 100 illiyi və görkəmli bəstəkar Vasif Adıgözəlovun 90 illiyi də xüsusi konsert proqramları ilə qeyd olunacaq.

Qəbələ Beynəlxalq Musiqi Festivalı 2025-ci ilin ən yaddaqalan tədbirlərindən biri olacaq


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az