Neçə nəfər "Əməkdar" və "Xalq" fəxri adları təqaüdü alır?

11:18 - 26 İyul 2025

Neçə nəfər \"Əməkdar\" və \"Xalq\" fəxri adları təqaüdü alır?

İyulun 21-də Prezident İlham Əliyevin sərəncamı ilə 26 nəfər "Əməkdar jurnalist" fəxri adı verilib. Onlar Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.



Manset.az Modern.az-a istinadən xəbər verir ki, hazırda fəxri adlara görə təqaüd alan şəxslərin sayını araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, respublika üzrə 4 470 nəfərə "Əməkdar” fəxri adına görə aylıq təqaüd ödənilir.

"Xalq" fəxri adına görə təqaüd alanların sayı isə daha azdır. 2025-ci ilin əvvəlinə olan məlumata görə, "Xalq" fəxri adına görə bu ada görə 248 nəfər təqaüd verilir.

Qeyd edək ki, təqaüd plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az