Xalq artisti Arif Babayev dəfn edilib.
Manset.az xəbər verir ki, Azərbaycanın görkəmli sənətçisi I Fəxri xiyabanda torpağa tapşırılıb.
***
14:05
Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimi başa çatıb.
Manset.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.
***
12:58Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
Manset.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak edirlər.