Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər.
Manset.az-ın məlumatına görə, Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçirilir.
Qeyd edək ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada vəfat edib.