Yaradıcı Mərkəz STEAM Azərbaycan Festivalında - Fotolar

17:55 - 17 Noyabr 2025

Yaradıcı Mərkəz STEAM Azərbaycan Festivalında - Fotolar

Azərbaycanın yaradıcılıq ekosisteminin inkişafına dəstək göstərən Yaradıcı Mərkəz bu il keçirilən STEAM Azərbaycan Festivalında geniş proqramla iştirak edir. Mərkəz festivalda həm rezident oyun studiyalarının hazırladığı layihələri, həm də YaradıcıEduAz layihəsi çərçivəsində təşkil olunan ustad dərslərini təqdim edir.


Manset.az xəbər verir ki, festivalın ilk günündə Yaradıcı Mərkəzin stendi yüzlərlə ziyarətçinin marağına səbəb olub. Ziyarətçilər oyun studiyalarının hazırladığı yeni oyun prototipləri ilə tanış olub, animasiya və qrafik dizayn proseslərini canlı izləyib, həmçinin süni intellektlə yaradıcı kontentin formalaşması barədə məlumatlar əldə ediblər.

Keçirilən ustad dərsləri festival iştirakçılarına interaktiv təcrübə yaşadıb. Gənclər və məktəblilər ustad dərslərinə böyük maraq göstərərək fəal iştirak ediblər.

Yaradıcı Mərkəzin STEAM Festivalındakı iştirakı çərçivəsində 3 gün ərzində müxtəlif təqdimatlar, interaktiv fəaliyyətlər və oyun studiyaları ilə tanışlıq sessiyaları keçirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az