Azərbaycanın "Avroviziya-2026"da səhnəyə ÇIXIŞ SIRASI

23:32 - 02 Aprel 2026

Azərbaycanın \"Avroviziya-2026\"da səhnəyə ÇIXIŞ SIRASI

Avropa Yayım İttifaqı (EBU) "Avroviziya-2026" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalında iştirak edəcək ölkələrin səhnəyə çıxış sıralamasını təqdim edib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, birinci yarımfinalda səhnəyə ilk olaraq Moldova nümayəndəsi çıxacaq, sonda Serbiya təmsilçisi çıxış edəcək.

İkinci yarımfinalın açılışını Bolqarıstan, bağlanışını Norveç edəcək. Azərbaycan təmsilçisi ikinci yarımfinalda ikinci sırada çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanı "Avroviziya-2026" Beynəlxalq Mahnı Müsabiqəsində JIVA "Just Go" mahnısı ilə təmsil edəcək.

70-ci "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Birinci yarımfinal mayın 12-də, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da baş tutacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az