İşdən çıxarılan Xalq artisti direktoru ittiham edir

14:11 - 04 Aprel 2026

İşdən çıxarılan Xalq artisti direktoru ittiham edir

Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən çıxarıldığını bildirib.


Manset.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib. 

O bildirib ki, 12 martda baş tutan son çıxışından sonra teatrın direktoru onunla əmək müqaviləsini uzatmayıb:

“Bakıdakı son çıxışımdan sonra dünyaca məşhur tenorumuz və Opera Teatrının direktoru müqaviləmi yeniləmədən, dünyanın bir çox teatrlarında Azərbaycanı ləyaqətlə təmsil edən aparıcı dramatik baritonunu işdən çıxardı. Təkcə məni yox. İndi top meydançamızdadır. Tamaşaçılara çox maraqlı bir oyun vəd edirəm. Lakin qalib artıq məlumdur və bu, biz olacağıq”. 

Abdullayev əlavə edib ki, onun işdən çıxarılması üçün heç bir əsas göstərilməyib: “Sadəcə illik müqavilə yenilənmədi. Bundan başqa, digər solistlərə qarşı da təzyiqlər var”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsini 2023-cü ilin aprel ayından etibarən Yusif Eyvazov icra edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az