Rihanna hamilə olduğunu təsdiqlədi

23:15 - 31 Yanvar 2022

Rihanna hamilə olduğunu təsdiqlədi

Barbadoslu müğənni Rihanna bir müddət əvvəl hamilə olması haqda xəbərləri yalanlasa da, yayılan məlumatların doğru olduğu üzə çıxıb.

Manşet.az xəbər verir ki, bu barədə Rihanna İnstaqram səhifəsində məlumat verib. O, repçi sevgilisi Eysap Roki (Rakim Mayers) ilə Nyu-Yorkda gəzərkən çəkdirdiyi fotoları paylaşaraq hamilə olduğunu təsdiqləyib. Şəkillərdə Rihannanın qarnının böyüməsi diqqət çəkib.

Müğənnipaylaşımına övladlarının olacağını qeyd etsə də, körpənin cinsiyyətini gizli saxlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az