"Sarı gəlini" oxuyan italiyalı müğənni vəfat etdi - VİDEO

20:20 - 22 Avqust 2023

\"Sarı gəlini\" oxuyan italiyalı müğənni vəfat etdi - VİDEO

Məşhur italiyalı müğənni Toto Kutunyo vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

O, Milandakı San-Raffaelle klinikasında vəfat edib. Sənətçi 80 yaşında dünyasını dəyişib. 

Məlumata görə, uzun sürən xəstəlikdən sonra müğənninin səhhətində son aylar daha da pisləşmə müşahidə olunub.

2008-ci il noyabrında Toto Kutunyo Bakıda olub. Heydər Əliyev Sarayında, "Qatar" adlı konsert proqramı ilə çıxış edib. 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Baku Crystal Hall"da Toto Kutunyo ən məşhur, sevilən hitləri ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa edib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az