Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başladı - Sistem dondu

15:05 - 06 May 2025

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başladı - Sistem dondu

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsi başlayıb. Müsahibəyə yazılma prosesi saat 15:00-a təyin edilsə də, texniki problemlər baş verib.


Manset.az-ın əldə etdiyi məlumata görə, qeyd olunan saatda sistemdə nasazlıq qeydə alınıb və valideynlər müsahibə mərhələsinə yazıla bilməyiblər. Gecikmə valideynlər arasında narahatlıq və narazılığa səbəb olub.

Sistem bir müddət sonra bərpa edilib və qeydiyyat prosesi davam etdirilib.

Qeyd edək ki, günün əvvəlində rus bölməsi üzrə qeydiyyat zamanı da oxşar gecikmə müşahidə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv