“Qala Sığorta”dan BİABIRÇILIQ - Müharibə veteranının sığortasını ödəmir

16:16 - 08 May 2025

“Qala Sığorta”dan BİABIRÇILIQ - Müharibə veteranının sığortasını ödəmir

Qala Sığorta” ASC 2-ci Qarabağ müharibəsi veteranının ödənişini 3 aydır ödəmir.

 

Bu barədə Manset.az-a zərərçəkən məlumat verib. 

Zərərçəkən Piriyev Bayram Əmirxan oğlunun sözlərinə görə, hadisə bu ilin fevral ayında baş verib. Hava şəraitinin əlverişsizliyi nəticəsində onun idarə etdiyi, dövlət qeydiyyat nişanı 77-YZ-322 olan “Kia Sorento” markalı avtomobilə ciddi zərər dəyib. Vətəndaş 100%-lik kasko sığorta haqqını ödəməsinə baxmayaraq, sığorta şirkəti nə ödənişi həyata keçirib, nə də dəymiş ziyanla bağlı qiymətləndirmə aparıb.

Zərərçəkən bildirir ki, bu müddət ərzində “Qala Sığorta”nın əməkdaşı, Mirelvin adlı şəxslə dəfələrlə əlaqə saxlamağa cəhd edib, lakin heç bir nəticə olmayıb. Onun sözlərinə görə, bu gün təsadüfən zənginə cavab verilib, lakin şikayətini bildirdikdən sonra heç bir cavab verilmədən telefon üzünə bağlanıb və sonrakı zənglərə də cavab verilməyib.

Veteran sığorta şirkətindən məsələyə ciddi yanaşma və problemin tez bir zamanda həllini tələb edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv