Azərbaycan-Rusiya münasibətləri daha da gərginləşir? - AÇIQLAMA

11:22 - 12 May 2025

Azərbaycan-Rusiya münasibətləri daha da gərginləşir? - AÇIQLAMA

"İnanmıram ki, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər o qədər gərgindir ki, Azərbaycan dövlət başçısı 9 May paradında iştirak etmədi. Mən hesab etmirəm ki, münasibətlər bu dərəcədə gərginləşib. Sadəcə olaraq, bu münasibətləri "isti" adlandırmaq da düzgün olmaz. Amma eyni zamanda "soyuqdur" demək də doğru deyil".


Bu sözləri Manset.az-a açıqlamasında siyasi şərhçi Əliabbas Məhərrəmov deyib. 

O bildirib ki, Azərbaycan sadəcə olaraq müstəqil və balanslı xarici siyasət həyata keçirdiyini bir daha nümayiş etdirir:

"Mövcud geosiyasi vəziyyətə uyğun şəkildə, diplomatik yollarla bütün tərəflərə, o cümlədən Rusiyaya da bu siyasətin konturlarını göstərir. Rusiya ilə Azərbaycan arasında iqtisadi, enerji və siyasi əməkdaşlıq davam edir. Lakin regionda baş verən proseslər fonunda Azərbaycan öz milli maraqlarına uyğun olaraq çevik və balanslı siyasət aparır.

Bu baxımdan dövlət başçısının Moskvaya getməməsini münasibətlərin soyuması kimi qiymətləndirmək doğru deyil. Bu, sadəcə olaraq şərtlərə uyğun, düşünülmüş diplomatik bir addımdır".


Quliyeva Seyranə 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv