Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) həyətində yeni çayxana tikilir.
Manset.az-ın məlumatına görə, tikinti işləri bir müddətdir davam edir. Ekspertlər AMEA-nın həyətini elmi müzakirələrin yox “çayxana” söhbətlərinin məkanına çevrilməsini pisləyirlər.
Məsələ ilə bağlı AMEA-ya sorğu ünvanlasaq da cavabsız qalıb.
Qeyd edək ki, AMEA-nın həyətində çay içmək üçün bundan öncə də çayxana fəaliyyət göstərirdi.
Elmi müəssisənin ərazisinin kommersiya məqsədilə istifadəsi ümumi görüntünü və ictimai dəyərləndirməni korlayır.