Partlayışda xəsarət alan şəxsin son durumu - RƏSMİ

15:54 - 12 May 2025

Partlayışda xəsarət alan şəxsin son durumu - RƏSMİ

Xəbər verdiyimiz kimi, Gəncə şəhərində yaşayış binasında partlayış baş verib. Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilib.


Manset.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki,  bu gün 14:00 radələrində 1961-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Sağ biləyin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabildir, müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv