"PKK-nın özünü ləğv etməsi ilə bağlı atılan addım Türkiyə siyasi tarixində mühüm bir hadisədir. Bu, Türkiyə dövlətinin terrora qarşı apardığı çoxşaxəli mübarizənin nəticəsi kimi önə çıxır".
Bu sözləri Manset.az-a açıqlamasında politoloq Əli Zülfqüqaroğlu deyib.
O bildirib ki, indiyə qədər Türkiyə terrorla mübarizədə ciddi məsafə qət edib və mühüm nəticələr əldə olunub:
"Düzdür, Türkiyə hökumətinin PKK ilə bağlı apardığı siyasət bəzi tənqidlərə məruz qalırdı.Bəzi siyasi qüvvələr hesab edirdi ki, bu siyasətin nəticəsi konstitusiya dəyişiklikləri olacaq və Türk vətəndaşlığı ilə bağlı bəzi maddələrin dəyişdirilməsi üçün təhlükə yarada bilər. Bununla belə, hökumətin yaxın Şərq siyasəti və terror təşkilatının zəiflədilməsi atdığı addımların effektiv olduğu görünür.
Türkiyə üzərində PKK-ya qarşı zərbələr ciddi şəkildə endirilib. Hərçənd, PKK daxilində bu qərarla razılaşmayan qrupların fəaliyyətini davam etdirməklə bağlı addımlar ata biləcəkləri istisna deyil.
Eyni zamanda Suriyada YPG-nin fəaliyyəti ilə bağlı fikir ayrılıqları mövcuddur. Türkiyənin tələbi ondan ibarətdir ki, YPG silahları təhvil verməli və Suriyanı tərk etməli, normal vətəndaş kimi hərəkət göstərməlidir. Lakin bu istiqamətdə hələki problemlər mövcuddur. YPG-nin siyasəti ondan ibarətdir ki, guya PKK-dan ayrıdır. Türkiyə dövləti bunu qəbul etmir və bildirir ki, YPG PKK-nın bir qoludur. Suriyanın tərəfi ilə bağlı belə olacaq".
Politoloq qeyd edib ki, ABŞ daxilində də YPG məsələsi ilə bağlı fikir ayrılıqları mövcuddur:
"Bu Türkiyə üçün prosesi çətinləşdirən bir məsələdir. Bu Türkiyə hökuməti Suriyada YPG və digər terrorçu qruplarla bağlı, Suriya dövlətçiliyinin idarə kontekstində prinsipial mövqe sərgiləyəcək. Həm də Türkiyənin hərbi-siyasi strategiyasına xüsusi nəzarət kəsb edir.
Buna görə də, düşünmək olar ki, YPGnin də Türkiyə maraqları ilə birlikdə proses mümkündür və ABŞ-Türkiyə münasibətlərinin inkişaf dinamikası buna zəmin yarada bilər. Bu da o nu deməyə əsas verir ki, yeni Türkiyə YPG və digər qruplara qarşı ciddi nəticələr əldə edəcək. ABŞ-Türkiyə münasibətləri kontekstindən baxılaraq, Türkiyənin bölgədə üstün mövqe qazanacağı proqnozlaşdırılır".
Seyranə Quliyeva